Çinin xarici işlər naziri Türkiyə və İrana səfər edəcək

Digər ölkələr
  • 22 mart, 2021
  • 16:48
Çinin xarici işlər naziri Türkiyə və İrana səfər edəcək
Van İ

Çin Xalq Respublikasının xarici işlər naziri Van İ yaxın vaxtlarda Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Omana səfər edəcək.

“Report” xəbər verir ki, bu, Çin XİN-in sözçüsü Hua Çuninin adından yayımlanan açıqlamada deyilir.

Qeyd olunub ki, nazir martın 24-dən 30-dək Səudiyyə Ərəbistanı, Türkiyə, İran, BƏƏ, Bəhreynə rəsmi səfərlər edəcək, Omana isə işgüzar səfər edəcək.