Çinin Baş naziri Tayvan mübahisəsi fonunda G20-də yaponiyalı həmkarı ilə görüşdən imtina edib

Digər ölkələr
  • 20 noyabr, 2025
  • 14:01
Çinin Baş naziri Tayvan mübahisəsi fonunda G20-də yaponiyalı həmkarı ilə görüşdən imtina edib

Çinin Baş naziri Li Tsyan noyabrın 21-22-də Yohannesburqda keçiriləcək G20 sammiti çərçivəsində Yaponiyanın Baş naziri Sanae Takaiti ilə görüşmək niyyətində deyil.

"Report" SCMP-yə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin bildirib.

Bundan başqa, o, Yaponiyanı Tayvanla bağlı bəyanatlarında təmkinli olmağa çağırıb.

S.Takaiti noyabrın əvvəllərində bildirmişdi ki, Tayvan ətrafında vəziyyət Yaponiyanın mövcudluğuna təhlükə yaradan vəziyyətə çevrilə bilər. Lakin Pekin Tayvan məsələsini Çinin daxili işi hesab edir və Takaitini bu bəyanatlardan imtina etməyə çağırıb.

Çin XİN-dən bildiriblər ki, əks təqdirdə ölkə hakimiyyəti Yaponiyaya qarşı sərt və qətiyyətli tədbirlər görəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti