Çində zavodda baş verən partlayışda iki nəfər ölüb, 66 işçi yaralanıb
Digər ölkələr
- 18 yanvar, 2026
- 19:35
Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsindəki metallurgiya zavodunda baş verən partlayış nəticəsində iki nəfər ölüb, beş nəfər itkin düşüb.
"Report"un "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Qeyd olunub ki, bazar günü günortadan sonra Baotou şəhərinin qərbindəki "Baogang United Steel" şirkətinin fabrikində güclü partlayış baş verib. Xilasetmə xidmətlərinin məlumatına görə, yaralanan 66 işçi xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.
Həm muxtar bölgədən, həm də şəhərdən xilasetmə qrupları hadisə yerinə göndərilib. Partlayışın səbəbi araşdırılır.
Son xəbərlər
19:44
Niyazi Əmirbəyov: "Kənd təsərrüfatında istehsal son istehlakçının tələbatına uyğun qurulmalıdır"
ASK19:39
Parlament Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək
Daxili siyasət19:39
Foto
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb
Xarici siyasət19:36
Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclis19:35
Foto
Azərbaycan "Silk Road Fund"u ilə yeni investisiya təşəbbüslərini müzakirə edib
Biznes19:27
Foto
Bakıda Almaniya-Azərbaycan iqtisadi tərəfdaşlığının genişləndirilməsi müzakirə olunub
Biznes19:22
Neftçalada küləyin sürəti 25 m/s-yə çatır - FAKTİKİ HAVA
Ekologiya19:21
Kamçatka sahillərində "Triumf" gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb
Digər ölkələr19:20