Çində COVID-19-a yeni yoluxma halları qeydə alınıb
Digər ölkələr
- 09 avqust, 2020
- 03:05
Çində ötən 24 saatda 34 yeni yoluxma ( 23 aktiv, 11 simptomsuz yoluxma) faktı aşkarlanıb.
“Report” xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Komissiyası açıqlayıb.
Bildirilib ki, yoluxmaların əksəriyyəti Sincan-Uyğur Muxtar Rayonunda qeydə alınıb - 15.
Məlumata görə, ötən sutka qeydə alınmış yoluxma halların sayı iyulun 8-i ilə müqayisədə azalıb. Belə ki, daha öncə ölkədə 45 nəfərdə COVID-19 aşkarlanıb.
Qeyd edək ki, Urumçidə pandemiyanın ikinci dalğası başlayandan sonra şəhər rəhbərliyi sakinlərin koronavirus testindən kütləvi keçirilməsinə də başlayıb.
Artıq yüksək riskli zonada olanların birinci mərhələdə test edilməsi başa çatıb. Test prosesini həyata keçirmək üçün Çinin digər şəhərlərindən Urumçiyə tibbi briqadalar cəlb olunub.
Son xəbərlər
22:11
Mikel Oyarsabal İspaniya - Səudiyyə Ərəbistanı matçınının ən yaxşısı olub
Futbol22:00
Foto
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəlib - YENİLƏNİB-6
Futbol21:58
Netanyahu İsrailin Livanın cənubunda mövcudluğunu qoruyacağını bildirib
Digər ölkələr21:29
ABŞ Energetika Nazirliyi: İki gündə Hörmüz boğazından 100-dən çox gəmi keçib
Digər ölkələr21:09
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub
Futbol20:52
"Qarabağ" Martin Zlomisliçi transfer edib
Futbol20:45
"Tasnim": İran heyəti Trampın təhdidləri fonunda danışıqlar məkanını tərk edib - YENİLƏNİB-2
Digər ölkələr20:41
Qalibaf Trampın təhdidlərinə cavab verib
Region20:31