Çində baş vermiş güclü yanğında 19 nəfər həlak olub
Digər ölkələr
- 19 noyabr, 2017
- 19:27
Bakı. 19 noyabr. REPORT.AZ/ Çində, yaşayış binasında baş vermiş güclü yanğında 19 nəfər ölüb.
"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Pekin yaxınlığındakı şəhərlərdən birində olub. Yanğın zamanı həmçinin 8 nəfər xəsarət alıb. Hadisənin satış və icarə üçün nəzərdə tutulmuş ucuz mənzillərin olduğu yaşayış kompleksində baş verdiyi qeyd edilir.
Yanğını söndürmək üçün iki saat vaxt sərf olunub. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Hadisənin təhqiqatına nəzarəti Pekinin meri Çay Çi üzərinə götürüb.
Son xəbərlər
22:18
Cənubi Koreyanın Avropaya üzən konteyner gəmisi Şimal dəniz marşrutundan keçib
Digər ölkələr22:05
Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirib, üç nəfər ölüb
Digər ölkələr21:56
EIA: Yaxın Şərqdə neft hasilatı 2027-ci ilin II rübündən tez bərpa olunmayacaq
Digər ölkələr21:44
Ərdoğan ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib
Digər ölkələr21:42
Argentina millisinin baş məşqçisi Lionel Skaloni vəzifəsindən ayrılmaq istəyir
Futbol21:32
Almaniya Bremerhaven limanının modernləşdirilməsinə təxminən 1,5 milyard avro ayıracaq
Digər ölkələr21:19
Foto
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
Maliyyə21:01
Ankarada içi tütünlə doldurulmuş 2 milyon 160 min siqaret gilizi ələ keçirilib
Region20:43