Çində ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 48 nəfər yaralanıb

Digər ölkələr
  • 01 avqust, 2017
  • 10:36
Çində ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 48 nəfər yaralanıb

Bakı. 1 avqust. REPORT.AZ/ Çinin Tyantszin şəhərində avtobusun yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ölüb, 48 nəfər yaralanıb.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, avtobus yol kəsişməsində sement daşıyan yük maşını ilə toqquşub və aşıb.

Zərərçəkənlərin hamısı xəstəxanaya çatdırılıb. Onların arasında vəziyyəti ağır olanlar yoxdur.

44 - Tezliklə