Çində 6 maqnitudaya yaxın zəlzələ baş verib

Digər ölkələr
  • 27 may, 2018
  • 23:30
Çində 6 maqnitudaya yaxın zəlzələ baş verib

Bakı. 28 may. REPORT.AZ/ Çinin şimal-şərqində yerləşən Szilin əyalətində 5,7 maqnituda gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə yerli Seysmoloji Mərkəz məlumat yayıb.

Yeraltı təkanlar bazar ertəsi Bakı vaxtı ilə 21.50-də Sunyuan şəhərində qeydə alınıb.

Zəlzələnin episentri yerin 13 kilometr dərinliyində olub. Dağıntı və tələfat barədə mlumat yoxdur.