Tramp və Si Cinpin, əsasən, ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər - YENİLƏNİB

Digər ölkələr
  • 04 fevral, 2026
  • 20:09
Tramp və Si Cinpin, əsasən, ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə "əla" telefon danışığının başa çatdığını bildirib, danışıq zamanı əsas məsələ ikitərəfli ticari-iqtisadi tərəfdaşlığın genişləndirilməsi olub.

"Report" xəbər verir ki, bu barədə Tramp "Truth Social"dakı hesabında bildirib.

"Söhbət uzun və hərtərəfli olub, ticarət, hərbi məsələlər, aprel ayına planlaşdırılan Çin səfərim, Tayvan, Rusiya-Ukrayna müharibəsi və İrandakı mövcud vəziyyət də daxil olmaqla bir çox vacib mövzuları müzakirə etdik", - Tramp yazıb.

Onun sözlərinə görə, tərəflər Çinin ABŞ mallarının idxal səviyyəsini artırması barədə razılığa gəliblər:

"Çin tərəfindən ABŞ-dən neft və qazın alınmasını, Çinin əlavə kənd təsərrüfatı məhsulları, o cümlədən cari mövsümdə soya paxlası alışının həcmini 20 milyon tona çatdırmaq imkanlarını (onlar gələn mövsümdə 25 milyon ton tədarük etmək öhdəliyi götürdülər), aviasiya mühərriklərinin tədarükünü və bir çox digər məsələləri müzakirə etdik - hamısı çox müsbətdir!".

Tramp qeyd edib ki, ABŞ və Çin arasındakı münasibətlər, eləcə də onun Si Cinpinlə şəxsi münasibətləri son dərəcədə yaxşı səviyyədədir. O, prezidentliyinin növbəti üç ili ərzində Çinlə əməkdaşlıqda bir çox müsbət nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Çin Sədri Si Cinpin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti