Çin təyyarələrdə plastik məmulatları qadağan edəcək
Digər ölkələr
- 31 may, 2021
- 08:04
Çin 2022-ci ildən etibarən daxili aviareyslərdə çürüməyən plastikdən hazırlanan birdəfəlik qab-qacaq, borucuq və qablaşdırma torbalarından istifadəni qadağan edəcək.
“Report” xəbər verir ki, bu barədə Çinin Mülki Aviasiya Administrasiyası (CAAC) məlumat yayıb.
Gələn ildən bu cür plastik məmulatlar böyük hava limanlarında (illik keçiriciliyi ən azı 2 milyon sərnişin olan) istifadə olunmayacaq.
2023-cü ildən etibarən bu qadağa ölkənin bütün hava limanlarına və beynəlxalq sərnişin uçuşlarına şamil ediləcək.
Bu tədbirlər Çinin Mülki Aviasiya Administrasiyasının mülki aviasiya sahəsində çirklənmə ilə mübarizə üzrə beşillik planının bir hissəsidir.
Son xəbərlər
05:26
WSJ: Tramp siyasətini dəstəkləyən müttəfiqlərinin azlığından narazıdır
Digər ölkələr04:53
Banqladeşdə fabrik yaxınlığında qaz balonlarının partlaması nəticəsində 7 nəfər ölüb
Digər ölkələr04:19
Yer kürəsinin forması tədricən dəyişir
Elm və təhsil03:48
Rusiya Dövlət Dumasına seçkilərdə səslərin 52 faizi hesablanıb - YENİLƏNİB
Region03:13
Qətər 580 milyard dollarlıq aktivlərin idarə olunması üçün yeni investisiya platforması yaradacaq
Biznes02:46
ABŞ İranla əlaqəli 109 ticarət gəmisinin istiqamətini dəyişdirib
Digər ölkələr02:25
Braziliyada avtobus qəzasında 6 nəfər ölüb
Digər ölkələr01:51
Çin kosmosda kahı, kök, günəbaxan və kartof yetişdirir
Elm və təhsil01:15