Çin "Taliban"ın tanınması istiqamətində ilk addım atıb, səfirin etimadnaməsi qəbul edilib
Digər ölkələr
- 31 yanvar, 2024
- 08:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Çin Xalq Respublikasının (ÇXR) sədri Si Szinpin Əfqanıstandakı “Taliban” hökumətinin bu ölkə üzrə təyin etdiyi səfir Bilal Kəriminin etimadnaməsini qəbul edib.
“Report” xəbər verir ki, məlumatı “Nexta” kanalı yayıb.
Bildirilib ki, bu, Çinin “Taliban” hökumətini tanıması deməkdir.
Xatırladaq ki, rəsmi Pekin hakimiyyət dəyişikliyindən sonra Əfqanıstandakı səfirini əvəzləyən ilk dövlətdir.
Məlumata görə, 2023-cü ilin sentyabrında “Taliban” hökumətinin başçısı Çin səfirinin etimadnaməsini qəbul etmişdi. Onda rəsmi Pekinin bu hökuməti tanımasına işarə olub-olmadığı aydınlaşmamışdı. Ancaq Əfqanıstandakı hökumətin səfirinin birinci şəxs səviyyəsində qəbulu Çinin “Taliban” hökumətinin tanımasıdır.
Son xəbərlər
02:37
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
Digər ölkələr02:09
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
Digər ölkələr01:52
"Axios": ABŞ İranın iki diplomatını ölkədən çıxarıb
Digər ölkələr01:21
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
Region00:58
Özbəkistanda iki nazirlik Təhsil və Elm Nazirliyinə birləşdirilib
Region00:43
UEFA Millətlər Liqası: İspaniya ev, İngiltərə səfər oyununda qalib gəlib
Futbol00:19
Pentaqon Ayətrafı sistemlərdən hərbi məqsədlərlə istifadə imkanını öyrənir
Digər ölkələr00:01
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Daxili siyasət00:00