Çin sədri Şimali Koreyaya səfər edəcək
Digər ölkələr
- 28 mart, 2018
- 04:11
Bakı. 28 mart. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen In Çin sədri Si Szinpini KXDR-ə dəvət edib və dəvət qəbul olunub.
“Report” xəbər verir ki, bu barədə Cənubi Koreya və Yaponiya mətbuatına istinadən RİA "Novosti" məlumat yayıb.
"Strateji qarşılıqlı anlaşmanın gücləndirilməsi, KXDR və Çin birliyi və əməkdaşlığının möhkəmləndirilməsi lazımdır", - deyə Kim Çen In bildirib.
Çinin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Szinpin öz növbəsində Şimali Koreya liderini yenə Çinə dəvət edib.
"Koreya İşçi Partiyasının katibi Kim Çen In və həyat yoldaşı Li Sol Zjunu yenidən Çinə dəvət edirik", - deyə Çin sədri bildirib.
Kim Çen In və həyat yoldaşının Pekinə səfəri 25-28 mart tarixlərində baş tutub.
Son xəbərlər
10:33
UEFA "Fənərbağça"ya və futbolçularına qarşı intizam işi açıb
Futbol10:30
Foto
Bakıdakı məktəblər dezinfeksiya edilir
Elm və təhsil10:29
Elçin Əmirbəyov: Cənubi Qafqazla bağlı mövzulara minatəmizləmə prosesi də əlavə olunmalıdır
Xarici siyasət10:29
Foto
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Ekologiya10:24
Astanada Türk dövlətlərinin ilk həmkarlar ittifaqı futzal turniri start götürüb
İdman10:19
Vyetnamda 11 nəfər ölüm cəzasına məhkum edilib
Digər ölkələr10:17
Foto
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü başlayıb, bəyanat qəbul ediləcək
Xarici siyasət10:16
İstanbul bələdiyyəsində yeni əməliyyat: daha 12 nəfər saxlanılıb
Region10:03