Çin məhkəməsi qanunsuz qumar oyunlar təşkil edən 11 nəfəri ölüm cəzasına məhkum edib
Digər ölkələr
- 30 sentyabr, 2025
- 10:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Çinin Vençjou Xalq Aralıq İnstansiya Məhkəməsi Kokkanqdan (Myanma) olan nüfuzlu Min ailəsinin üç üzvünü səkkiz nəfər ortaqları ilə birlikdə ölüm cəzasına məhkum edib.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məhkəmə instansiyasına istinadən məlumat yayıb.
Onlar qanunsuz qumar oyunları təşkil edən cinayət sindikatında iştirakda ittiham olunurlar.
Ailə 1,4 milyard dolları aşan dələduzluq əməliyyatları ilə məşğul olub, həmçinin ailə üzvləri "itaət etməyən işçiləri" öldürüblər.
Məhkəmə, həmçinin daha beş nəfər təqsirləndirilən şəxsə iki il təxirə salınmaqla ölüm hökmü çıxarıb. Daha 12 nəfər beş ildən 24 ilədək həbs cəzası alıb.
Son xəbərlər
10:11
IMF: Azərbaycan iqtisadiyyatının artımı 2031-ci ildə 2,5 % təşkil edəcək
Maliyyə
10:09
IMF: Azərbaycan 2026-cı ildə konsolidasiya siyasətinin icrasını davam etdirəcək
Maliyyə
10:07
IMF bu il Azərbaycanın xarici mövqelərinin yaxşılaşmasının sürətlənəcəyini proqnozlaşdırır
Maliyyə
10:06
AMB İslam maliyyəsinə dair qanunvericilik paketinin detallarını açıqlayıb
Maliyyə
10:05
Pakistanda yanacaq qiymətlərinin artması fonunda milyonlarla sürücü dəstək proqramına müraciət edib
Digər ölkələr
10:01
Azərbaycana turist axını 6 % azalıb
Turizm
10:00
Foto
Emin Əmrullayev SABAH proqramının tələbələri ilə görüşüb
Digər
09:59
Azərbaycan nefti cüzi bahalaşıb
Energetika
09:54
Makron hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətlərinin iştirakı ilə müşavirə çağırıb
Digər ölkələr