Çin Hindistandan təkrejimli optik lif idxalına antidempinq rüsumlarını daha beş il uzadıb

Digər ölkələr
  • 14 avqust, 2026
  • 12:33
Çin Hindistandan təkrejimli optik lif idxalına antidempinq rüsumlarını daha beş il uzadıb

Çin avqustun 14-dən etibarən Hindistandan təkrejimli optik lif (təxminən 9 mikrometrlik çox incə nüvəyə malik optik lif növü - red.) idxalına daha beş il müddətinə antidempinq rüsumları tətbiq edir.

"Report" xəbər verir ki, bu barədə "CCTV+" telekanalı Çin Ticarət Nazirliyinə istinadən məlumat yayıb.

Müddəti uzadılmış tədbirlər çərçivəsində məhsulların idxalına tətbiq olunan antidempinq rüsumları 7,4 %-dən 30,6 %-ə qədər dəyişir.

Çin Hindistandan təkrejimli optik lif idxalına antidempinq rüsumlarını 2014-cü ildə tətbiq edib və 2020-ci ildə bu rüsumların qüvvədə olma müddətini daha beş il uzadıb.

Təkrejimli optik lif magistral rabitə xətləri, şəhər şəbəkələri, kabel televiziyası və optik lifli giriş şəbəkələrində geniş tətbiq edilir.

44 - Tezliklə