Çili və Peru Venesueladakı səfirlərini geri çağırıb

Digər ölkələr
  • 31 mart, 2017
  • 01:46
Çili və Peru Venesueladakı səfirlərini geri çağırıb

Bakı. 31 mart. REPORT.AZ/ Peru və Çili Venesueladakı səfirlərini geri çağırmaq qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə hər iki ölkənin xarici işlər nazirlikləri məlumat yayıb.

Qərar bu ölkədə yaşayan siyasi böhranla bağlıdır.

Venesuela Ali Məhkəməsi ölkə prezidenti Nikolas Maduroya faktiki olaraq parlamenti nəzərə almadan fəaliyyət göstərmək səlahiyyəti verib.