Çexiyada təyyarə qəzaya uğrayıb, ölən var
Digər ölkələr
- 08 sentyabr, 2018
- 19:15
Bakı. 8 sentyabr. REPORT.AZ/ Çexiyada təyyarə qəzası baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimalında, Tepliça şəhəri yaxınlığında qeydə alınıb.
Yüngülmühərrikli idman təyyarəsinin yerə çırpılaraq yanması nəticəsində 1 nəfər ölüb. Şahidlərin sözlərinə görə, enmədən əvvəl manevr edən təyyarəçi küləyin əks təsirini düzgün hesablaya bilməyib.
Hadisənin səbəbini aviasiya ekspertlərindən və polis təhqiqatçılarından ibarət komissiya araşdırır.
Son xəbərlər
05:07
Siciliya sahillərində içində amfora olan qədim gəmi aşkar edilib
Maraqlı04:48
Türkiyədə baş verən qəzada üç nəfər ölüb
Region04:11
Yaponiyada Naqasaki qurbanlarının xatirəsi yad ediləcək
Digər ölkələr03:42
Nişapurda 13 nəfər spirtli içkidən zəhərlənib, onlardan biri ölüb
Region03:05
Türkiyə Ukraynaya yeni səfir təyin edib
Digər ölkələr02:44
İraqda döyüş dronlarının hazırlanması ilə əlaqəli qrup saxlanılıb
Digər ölkələr02:09
ABŞ Maliyyə Nazirliyi Venesuela neftinin hasilatı ilə əlaqəli şirkətin aktivlərini dondurub
Digər ölkələr01:35
Slovakiyada hərbi təlim poliqonunda yanğın baş verib
Digər ölkələr01:12