Cənubi Sandviç adalarında 6 maqnitudalı zəlzələ baş verib

Digər ölkələr
  • 12 avqust, 2026
  • 17:28
Cənubi Sandviç adalarında 6 maqnitudalı zəlzələ baş verib

Cənubi Sandviç adalarında (Cənubi Atlantikada 11 adadan ibarət subantarktik vulkanik arxipelaq - red.) 6 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilir.

"Zəlzələ 2 200 nəfər əhalisi olan Stenlidən (Folklend adaları) 2 012 km şərqdə baş verib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib", - məlumatda deyilir.