Cənubi Koreyada koronavirusdan daha bir nəfər öldü

Digər ölkələr
  • 21 fevral, 2020
  • 11:35
Cənubi Koreyada koronavirusdan daha bir nəfər öldü

Cənubi Koreyada koronavirus infeksiyasından dünyasını dəyişənlərin sayı artıb.

“Report” "Yonhap"a istinadən xəbər verir ki, Şərqi Asiya ölkəsində koronavirusdan ölənlərin sayı 2-yə çatıb.

Xatırladaq ki, Cənubi Koreyada koronavirusdan ilk ölüm faktı dünən qeydə alınıb. Ümumilikdə dünyada infeksiyadan ölənlərin sayı 2 200-ü ötüb.