Cənubi Koreya və ABŞ atom sualtı qayıqları üzrə əməkdaşlıq sazişi imzalayacaq

Digər ölkələr
  • 24 dekabr, 2025
  • 09:59
Cənubi Koreya və ABŞ atom sualtı qayıqları üzrə əməkdaşlıq sazişi imzalayacaq

Cənubi Koreya və ABŞ atom sualtı qayıqları sahəsində əməkdaşlıq haqqında saziş imzalamaq barədə razılığa gəliblər.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" Cənubi Koreya prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Vi Son Lakın ABŞ dövlət katibi Marko Rubio və energetika naziri Kris Raytla görüşünün nəticələrinə dair bəyanatına istinadən məlumat yayıb.

Qeyd edilib ki, işgüzar səviyyədə danışıqlar növbəti ilin əvvəlində başlayacaq.

"Biz atom sualtı qayıqları sahəsində əməkdaşlıq üzrə ayrı bir sazişə ehtiyacımız olduğu fikrində həmrəyik", - deyə Vi Son Lak bildirib.

ABŞ-nin atom enerjisi haqqında qanunun 91-ci maddəsi hərbi nüvə materiallarının ötürülməsini qadağan etsə də, Vi Son Lak qeyd edib ki, Seul ABŞ Prezidentindən müttəfiqlər üçün belə istisnaları icazə verən atom sualtı qayıqları üzrə xüsusi bir saziş istəyir.

Son xəbərlər

Bütün Xəbər Lenti