Cənubi Koreya Ukraynadan səfirini geri çağırır

Digər ölkələr
  • 08 oktyabr, 2026
  • 13:13
Cənubi Koreya Ukraynadan səfirini geri çağırır

Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq.

"Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə son bəyanatı, həmçinin onun administrasiyasının məlumatın gizli saxlanılmasına dair razılaşmanın mövcudluğunu təkzib edən bəyanatı ilə əlaqədar rəsmi izahat və üzr tələb edib.

Xarici işlər naziri Ço Hyon çərşənbə axşamı Ukraynanın xarici işlər naziri Andrey Sibiqadan üzr ehtiva edən, lakin Seulun gözləntilərini doğrultmayan mesaj aldığını bildirib. Onun sözlərinə görə, Cənubi Koreya hökuməti "qəti tədbirlər" görmək niyyətindədir.

"Hökumət öz səfirini Ukraynadan Seula geri çağırmaq qərarına gəlib. Biz ümid edirik ki, iki ölkə arasındakı müxtəlif məsələlər sülh yolu ilə həll ediləcək və bu baxımdan Ukrayna tərəfi ilə məsləhətləşmələri davam etdirəcəyik", - XİN-dən əlavə edilib.