Cənubi Koreya təyyarəsi havada tüstüləyərək ABŞ-a geri qayıdıb
Digər ölkələr
- 28 sentyabr, 2016
- 04:40
Bakı. 28 sentyabr. REPORT.AZ/ Cənubi Koreyanın "Asiana Airlines" aviaşirkətinə məxsus təyyarə baqaj hissəsində tüstülənmə səbəbindən havaya uçduğu Los-Anceles (Kaliforniya ştatı) hava limanına geri qayıdıb.
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı aeroport nümayəndələri məlumat veriblər.
Göyərtəsində 353 nəfərin olduğu avialayner Seul istiqamətində uçurmuş. Təyyarənin baqaj hissəsində tüstünün olmasına dair siqnal daxil olan kimi, heyət üzvləri ehtiyat tədbiri məqsədi ilə Los-Ancelesə qayıtmaq qərarına gəliblər.
Təyyarə hava limanına eniş etməzdən əvvəl bir neçə saat havada olub. Hazırda tüstülənmənin hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir. İnsident nəticəsində xəsarət alan olmayıb.
Son xəbərlər
14:47
SOCAR ilə İtaliya Futbol Federasiyası arasında Strateji Əməkdaşlığa dair Müqavilə imzalanıb
Energetika14:40
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
Energetika14:38
Qazaxıstan Şahmat Federasiyasının rəhbəri FIDE-nin prezidenti seçilib
Fərdi14:33
Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə14:25
"Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
Formula 114:23
Azərbaycan tezliklə Tbilisidə A sinifli hotel açacaq
Biznes14:18
Serbiyada neft və neft məhsullarının ixracına qoyulmuş qadağa oktyabrın 31-dək uzadılıb
Digər ölkələr14:18
AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb
Biznes14:13