Cənubi Koreya Sarı dənizdə hərbi təlimlərə başlayıb
Digər ölkələr
- 24 oktyabr, 2022
- 06:04
Koreya Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) Sarı dənizdə 20-dən çox gəminin iştirakı ilə genişmiqyaslı manevrlərə başlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, “Hoquk” təlimləri çərçivəsində baş tutacaq 4 günlük manevrlərə quru qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizəsi ilə yanaşı, ABŞ hərbçiləri də qatılacaq.
Təlimlərdə 20-dən çox gəmi, o cümlədən “Aegis” sistemi ilə təchiz edilmiş freqatlar və esmineslər, həmçinin Cənubi Koreyanın HHQ-yə məxsus “Apaçi” helikopterləri, "F-15K" və "F-16" qırıcıları iştirak edəcək. ABŞ tərəfi təlimlərə “Apaçi” helikopterlərini və "A-10" qırıcılarını cəlb edəcək.
Xatırladaq ki, oktyabrın 17-də start verilmiş “Hoquk” təlimləri oktyabrın 28-dək davam edəcək.
Son xəbərlər
10:50
Bu ilin 7 ayında 234 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Sosial müdafiə10:49
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
Komanda10:49
Sumqayıt Sənaye Parkında burger və hot-doq üçün bulka istehsal ediləcək
Sənaye10:42
Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 8 nəfərə yüksəlib - YENİLƏNİB
Digər ölkələr10:39
9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub
Elm və təhsil10:37
Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var
Digər ölkələr10:35
Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək
Digər ölkələr10:28
Qazaxıstan iyulda BTC ilə aylıq neft tədarükünü 155 min tona qədər artırıb
Energetika10:23