Cənubi Koreya sahilində KXDR-dən olduğu güman edilən qaçqınların qayığı ələ keçirilib

Digər ölkələr
  • 24 oktyabr, 2023
  • 04:50
Cənubi Koreya sahilində KXDR-dən olduğu güman edilən qaçqınların qayığı ələ keçirilib

Çərşənbə axşamı Cənubi Koreyanın hüquq-mühafizə orqanları göyərtəsində Koreya Xalq Demokratik Respublikasından olduqları güman edilən qaçqınların qayığını ələ keçirib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, kiçik taxta qayıq səhər saatlarında sərhədyanı bölgədə yerləşən Sokço şəhərinin sahilində saxlanılıb.

Koreya Respublikasının hərbçiləri nəqliyyat vasitəsinin göyərtəsində neçə adamın olduğunu açıqlamasalar da, ölkənin “Yonhap” agentliyi qayıqda Şimali Koreyanın 4 vətəndaşının olduğunu aydınlaşdırıb. Onlar sığınacaq niyyətlərini bildiriblər.

“Reuters” qeyd edib ki, Şimali Koreyadan qaçaq düşənlərin əksəriyyəti daha ciddi qorunan Cənubi Koreya ilə sərhədi deyil, Çin və Rusiya ilə sərhədə üstünlük verirlər.

44 filmi