Cənubi Koreya ordusu Şimali Koreyanı hədələyib
Digər ölkələr
- 13 oktyabr, 2024
- 09:33
Koreya Xalq Demokratik Respublikasının (KXDR) ordusu Cənubi Koreya vətəndaşlarının təhlükəsizliyini təhdid edərsə, “rejimin sonu” ilə üzləşəcək.
“Report” xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Biz açıq şəkildə xəbərdar edirik ki, Şimali Koreyanın vətəndaşlarımızın təhlükəsizliyinə zərər vurduğu gün onun rejiminin sonuncu günü olacaq”, - deyə bəyanatda qeyd edilib.
Rəsmi Seul hesab edir ki, KXDR lideri Kim Çen Inın bacısı Kim Yo-Conqun bəyanatları bu ölkənin ikiüzlü davranışını nümayiş etdirir.
Qeyd edək ki, KXDR liderinin bacısı Cənubi Koreyaya məxsus pilotsuz uçuş aparatlarının Pxenyan səmasında yenidən aşkar ediləcəyi təqdirdə Seulun “faciəli nəticələrlə” üzləşəcəyini bildirib.
Son xəbərlər
14:23
Azərbaycan qara metal ixracından gəlirini 23 %-dən çox artırıb
Biznes14:19
Tramp Hörmüzlə bağlı: Bu lənətə gəlmiş boğaz açıqdır
Digər ölkələr14:18
Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik
Xarici siyasət14:17
Norveç kralının vafatı ilə əlaqədar "Sabah"ın rəqibi "Vikinq"in oyununun vaxtı dəyişdirilib
Futbol14:08
Bakcell-in "GO" tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
İKT14:07
Premyer Liqa: "Neftçi", "Sabah" və "Qarabağ"ın növbəti oyunlarının təyinatları açıqlanıb
Futbol13:59
Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı olub
Digər ölkələr13:33
Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub
Digər ölkələr13:32