Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
Digər ölkələr
- 05 may, 2024
- 07:31
Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək.
“Report” xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçusu ABŞ-ın Virciniya ştatında altı gün keçiriləcək Kiber Bayraq onlayn təlimində iştirak edəcək.
Təlimin məqsədi kibertəhlükələrə qarşı mübarizədə və düşmənin kiberhücumları haqqında kəşfiyyat məlumatlarının mübadiləsində çoxmillətli əməkdaşlıq bacarıqlarını təkmilləşdirməkdir.
ABŞ Kiber Komandanlığı 2011-ci ildən bəri hər il oxşar təlimlər keçirir və Cənubi Koreya 2023-cü ildə ilk dəfə olaraq onlara qoşularaq üçüncü dəfədir iştirak edir.
Son xəbərlər
21:11
Daşkənddə Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib
Biznes20:56
Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb
Hadisə20:34
Sabirabadda minik avtomobili motosikletlə toqquşub, ölən var
Hadisə20:28
Azərbaycan Premyer Liqasında II tura start verilib
Futbol20:26
Putin Rusiyanın Ukrayna ilə sülhlə bağlı dialoq üçün şərtlərini açıqlayıb
Region20:14
Azərbaycan güləşçisi Hacı Kərimov U-20 dünya çempionatının finalına yüksəlib
Fərdi19:58
İsrail Ordusu Qəzzada HƏMAS-ın bölük komandirini zərərsizləşdirib
Digər ölkələr19:46
ABŞ Azərbaycan da daxil olmaqla 75 ölkənin vətəndaşları üçün immiqrant vizaları qadağasını ləğv edib
Digər ölkələr19:29
Foto