Cənubi Çin dənizində Filippin gəmisinə hücum edilib
Digər ölkələr
- 12 oktyabr, 2025
- 09:44
Çin Sahil Mühafizəsinin gəmisi Cənubi Çin dənizində Filippinin Balıqçılıq və Su Ehtiyatları Bürosuna məxsus gəmini taranlayıb, həmçinin ona qarşı su topu tətbiq edib.
"Report" xəbər verir ki, bu barədə "Manila Standard" qəzeti yazıb.
Filippinin Sahil Mühafizə Xidmətinin məlumatına görə, oktyabrın 12-də Çin gəmisi Cənubi Çin dənizi akvatoriyasında filippinli balıqçıları müşayiət edən "BRP Datu Pagbuaya" gəmisini qəsdən taranlayıb. Toqquşma nəticəsində Filippin gəmisi cüzi zədələr alıb, heyət üzvlərindən heç biri zərər çəkməyib.
Sözügedən akvatoriyada Çinin sahil mühafizə qayıqları əvvəllər də Filippin gəmilərini sıxışdırmağa cəhd edib, onların dəfələrlə toqquşma halları qeydə alınıb.
Son xəbərlər
10:10
Azərbaycan Bolqarıstana pomidor tədarük etməyə başlayıb
Biznes10:09
Azərbaycan və Özbəkistan "Daşkəndə səyahət" adlı film çəkir
Media10:06
Harri Keyn "Bavariya" ilə yeni müqaviləni müzakirə edəcək
Futbol10:00
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək
Daxili siyasət09:52
Foto
Azərbaycan jurnalistləri Özbəkistanda KİV üçün Məzmun Hazırlama Mərkəzini ziyarət ediblər
Media09:45
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub
Hadisə09:43
Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür
Hərbi09:43
Rusiya Ukraynanın regionlarına zərbələr endirib: iki nəfər ölüb
Digər ölkələr09:36