Cənubi Afrikada binanın çökməsi nəticəsində 3 nəfər ölüb
Digər ölkələr
- 29 dekabr, 2025
- 00:26
Cənubi Afrikanın Yohannesburq şəhərində binanın çökməsi nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Yohannesburq fövqəladə halların idarə olunması xidməti çökmə zamanı binanın içərisində 6 nəfərin olduğunu, onlardan 3-nün dağıntılar altında qaldığını bildirib.
Bir yaşlı uşaq və iki yetkin qadın daha sonra aldıqları xəsarətlərdən dünyasını dəyişib. Qalan 3 nəfər isə xəstəxanaya çatdırılsa da, onların vəziyyəti hələ də açıqlanmayıb.
Səlahiyyətlilər dağıntının səbəbləri ilə bağlı araşdırmalara başlayıb.
Son xəbərlər
17:49
"Apple" Çinin CXMT şirkətinin yaddaş çiplərini sınaqdan keçirir
Digər ölkələr17:39
Sabah Masallının iki kəndində qaz olmayacaq
Energetika17:36
İmişlidə 29 yaşlı gənc Araz çayında boğulub
Hadisə17:30
Kür çayında yeniyetmə qız batıb
Hadisə17:17
Sabah Bakıda, Abşeron yarımadasında və rayonlarda şimal-qərb küləyi əsəcək - XƏBƏRDARLIQ
Ekologiya17:15
Netanyahu: İsrail Qəzza üzrə Sülh Şurasının 15 bəndlik planını rədd edir
Digər ölkələr17:09
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
Futbol17:00
Zelenski: Rusiya Odessanın enerji infrastrukturuna sərt zərbə endirib
Digər ölkələr16:47