Cənubi Afrika Respublikası Çin-Afrika Əməkdaşlıq Forumunun II Sammitinə ev sahibliyi edəcək

Digər ölkələr
  • 14 sentyabr, 2015
  • 02:20
Cənubi Afrika Respublikası Çin-Afrika Əməkdaşlıq Forumunun II Sammitinə ev sahibliyi edəcək

Bakı. 14 sentyabr. REPORT.AZ/ Cənubi Afrika Respublikası Çin-Afrika Əməkdaşlıq Forumunun (FOCAC) II Sammitinə ev sahibliyi edəcək.

Sammit cari ilin 4-5 dekabr tarixlərində ölkənin Yohanesburq şəhərində keçiriləcək. Cənubi Afrika Respublikası 2012-2018-ci illər üçün Foruma həmsədr seçilib.

Bütün Afrika ölkələrindən dövlət və hökumət başçıları, eləcə də, regional və çoxtərəfli təşkilatların rəhbərlərinin sammitdə iştirak edəcəyi gözlənilir.