CENTCOM: İŞİD-in liderlərindən biri öldürülüb
- 24 iyun, 2026
- 17:46
Suriyanın şimal-qərbinə endirilən aviazərbələr nəticəsində İslam Dövlətinin (İŞİD) yüksək rütbəli lideri Əli Hüseyn əl-Ulayvi öldürülüb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat verib.
"Bu, xaricdə və ya Birləşmiş Ştatların ərazisində amerikalılara hücum etməyə çalışan terrorçuların fəaliyyətinin qarşısının alınması istiqamətində ABŞ-nin davam edən səylərinin bir hissəsidir. CENTCOM qüvvələri regional tərəfdaşlarla əməkdaşlığı davam etdirir. CENTCOM və tərəfdaşları İŞİD-in tam məğlubiyyətini təmin etmək məqsədilə onun qalıqlarının kökünü kəsməyə sadiqdirlər", - məlumatda CENTCOM komandanı Bred Kuperin sözlərinə istinadən qeyd olunur.
Məlumata görə, aviazərbələr iyunun 19-da endirilib.