CENTCOM İrana növbəti zərbələr dalğasının başa çatdığını bildirib - YENİLƏNİB

Digər ölkələr
  • 21 iyul, 2026
  • 06:24
CENTCOM İrana növbəti zərbələr dalğasının başa çatdığını bildirib - YENİLƏNİB

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana endirilən növbəti zərbələr seriyasının başa çatdığını bildirib.

"Report" xəbər verir ki, ardıcıl səkkizinci zərbələr gecəsində Amerika qüvvələri İranın hərbi komandanlıq mərkəzlərini, hərbi dəniz potensialı obyektlərini, raket və pilotsuz uçuş aparatlarının buraxılış meydançalarını, eləcə də hava hücumundan müdafiə sistemlərini vurub.

Komandanlıq iddia edib ki, zərbələr İranın hərbi potensialının daha da zəiflədilməsinə yönəldilib.

CENTCOM həmçinin qeyd edib ki, may ayından etibarən 900-ə yaxın kommersiya gəmisinin boğazdan keçməsinə və 450 milyon barel xam neftin nəqlinə köməklik göstərib.

ABŞ Silahlı Qüvvələri İran ərazisindəki hədəflərə yeni zərbələr seriyasına başlayıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib.

"Bu gün ABŞ-nin Şərq sahili vaxtı ilə saat 16:00-da (21 iyul, Bakı vaxtı ilə saat 00:00-da) CENTCOM İrana yeni zərbələr dalğasına başlayıb", - komandanlığın məlumatında qeyd olunub.

Bəyan edilən məqsəd İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumlar üçün istifadə olunan hərbi potensialının daha da zəiflədilməsidir.

44 - Tezliklə