Cefris: Respublikaçılar ABŞ hökumətinin yenidən fəaliyyəti ilə bağlı danışıqlara hazır deyillər

Digər ölkələr
  • 03 oktyabr, 2025
  • 08:29
Cefris: Respublikaçılar ABŞ hökumətinin yenidən fəaliyyəti ilə bağlı danışıqlara hazır deyillər

ABŞ Konqresindəki respublikaçılar federal hökumətin yenidən fəaliyyətə başlaması ilə bağlı demokratlarla danışıqlara hazır deyillər.

"Report"un məlumatına görə, bunu Nümayəndələr Palatasında demokratların lideri Hakim Cefris mətbuat konfransında deyib.

"Təəssüf ki, respublikaçılar hətta danışıqlara belə azacıq da olsa maraq göstərmirlər. Bazar ertəsi Ağ Evdə keçirilən görüşdən bəri biz Prezidentdən məsuliyyətsiz və qeyri-münasib davranış gördük", - Cefris qeyd edib.

Onun sözlərinə görə, demokratlara sonrakı müzakirələrlə bağlı bircə dəfə də olsa, telefon zəngi gəlməyib, ABŞ Prezidenti Donald Tramp və onun tərəfdarları hökumətin işini dayandırmaq istədiklərini açıq şəkildə bildiriblər.

ABŞ-də şatdaun çərşənbə günü Konqresin yeni maliyyə ili üçün büdcə maliyyələşdirmə paketini qəbul edə bilməməsindən sonra başlayıb.

Tramp xəbərdarlıq edib ki, hökumətin işini dayandırması uzun müddət davam etsə, təkcə bəzi dövlət işçilərinin deyil, həm də demokratların bəyəndiyi bir sıra layihələr ixtisar olacaq. ABŞ Prezidenti qeyd edib ki, onun belə tədbirlər görmək hüququ var, lakin o, vəziyyətin bu qədər uzağa getməsini istəmir.

Son xəbərlər

Bütün Xəbər Lenti