Nyu-Yorkun yeni meri yanvarın 1-dən işə başlayacaq - YENİLƏNİB-2

Digər ölkələr
  • 05 noyabr, 2025
  • 10:07
Nyu-Yorkun yeni meri yanvarın 1-dən işə başlayacaq - YENİLƏNİB-2

Nyu-York şəhər meri seçkilərində qalib gələn Zohran Mamdani gələn il yanvarın 1-dən vəzifə səlahiyyətlərini icra etməyə başlayacaq.

"Report"un ABŞ KİV-inə istinadən verdiyi məlumata görə, o, bunu tərəfdarları qarşısındakı çıxışında bəyan edib.

"Yanvarın 1-də mən Nyu-Yorkun meri kimi and içəcəyəm", - o bildirib.

Şəhərin hazırkı meri Erik Adamsın səlahiyyətləri bu il dekabrın 31-də başa çatır.

Demokratik Partiyadan olan namizəd Zohran Mamdani Nyu-York şəhər meri seçkilərində qalib gəlib.

"Report" xəbər verir ki, bu məlumatı "CBS News" telekanalı bülletenlərin 90%-nin emalı nəticələrinə əsasən təqdim edib.

Mamdani üçün seçicilərin 50,4%-i səs verib. Müstəqil namizəd Endryu Kuomo 41,6%, respublikaçı Körtis Sliva isə 7,1% səs toplayıb.

Bundan əlavə, Demokratik Partiyadan olan namizəd Miki Şerill Nyu-Cersi ştatının qubernatoru vəzifəsi uğrunda mübarizədə respublikaçı Cek Çiattarellini üstələyib.

ABŞ Prezidenti Donald Tramp yerli seçkilərdə respublikaçıların uğursuzluğunda şatdaunu günahlandırıb.

"Tramp namizədliyini irəli sürməməsi və şatdaun yerli seçkilərdə respublikaçıların buaxşamkı məğlubiyyətinin iki əsas səbəbidir", - deyə ABŞ lideri "Truth Social"da yazıb.

Demokratik Partiyadan olan namizəd Zohran Mamdani Nyu-York şəhər meri seçkilərində qalib gəlir.

"Report" xəbər verir ki, bu məlumatı "CBS News" telekanalı bülletenlərin 60%-nin emalı nəticələrinə əsasən təqdim edib.

Mamdaniyə seçicilərin 49,6%-i səs verib. Müstəqil namizəd Endryu Kuomo 41,6%, respublikaçı Körtis Sliva isə 7,9% səs toplayıb.

ABŞ Prezidenti Donald Tramp seçkilərdən əvvəl Kuomoya səs verməyə çağırıb və kommunist hesab etdiyi Mamdaninin qələbəsi halında Nyu-Yorkun ehtiyacları üçün federal vəsaitlərin ayrılmasını məhdudlaşdırmaqla hədələyib. Namizəd isə özünü "demokratik sosialist" kimi xarakterizə edir.

Mamdani seçkiqabağı kampaniya zamanı mənzil kirayəsi qiymətlərinin artımını dondurmağı, avtobusla pulsuz gediş-gəlişi təmin etməyi, aşağı qiymətlərlə şəhər ərzaq mağazaları şəbəkəsi yaratmağı, 2030-cu ilə qədər minimum əmək haqqını hər saata görə 16,5 dollardan 30 dollara qədər artırmağı vəd edib. O, sosial təşəbbüslərini maliyyələşdirmək üçün varlılıq vergisini artırmaq, həmçinin dövlət ali təhsil sistemində pulsuz təhsilin maliyyələşdirilməsinə vəsaitləri yönəltmək üçün Nyu-Yorkun özəl universitetlərinə əmlak vergisi tətbiq etmək niyyətindədir.

Hazırda Nyu-Yorka Erik Adams rəhbərlik edir. Əvvəlcə o, müstəqil namizəd kimi yenidən seçilmək istəyib, lakin sentyabrda seçki yarışından çəkildiyini elan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti