Çavuşoğlu və Lavrov Suriya, Liviya məsələlərini müzakirə ediblər

Digər ölkələr
  • 04 yanvar, 2020
  • 14:07
Çavuşoğlu və Lavrov Suriya, Liviya məsələlərini müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında telefon danışığı olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Danışıqlarda həmçinin Suriyada vəziyyətin nizama salınması məsələləri və qarşıdakı yüksək səviyyəli əlaqələrə hazırlıq kontekstində Liviyadakı vəziyyətə toxunulub", - deyə nazirliyin xəbərində bildirilir.