CAR-dan 150 zəhərli əqrəbi çıxarmağa cəhd edən şəxs saxlanılıb
- 15 iyun, 2026
- 02:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Polis əməkdaşları Keyptaun beynəlxalq hava limanında Cənubi Afrika Respublikasından (CAR) 150 zəhərli əqrəb çıxarmağa cəhd edən kişini saxlayıb.
"Report" xəbər verir ki, bu barədə SABC radiostansiyası məlumat yayıb.
Əqrəblər baqaja verilmiş plastik torbalarda paltar arasında olub. Polisin mal-qara oğurluğuna qarşı mübarizə və nəsli kəsilməkdə olan növlərin qorunması üzrə xüsusi bölməsinin əməkdaşları hazırlanmaqda olan ixrac cəhdi barədə əvvəlcədən məlumat alıblar.
28 yaşlı kişi təbiəti və ətraf mühitin mühafizəsi qanununa əsasən həbs edilib. O, bazar ertəsi günü vəhşi heyvanlara qanunsuz sahiblik və qaçaqmalçılıq ittihamı ilə məhkəmə qarşısına çıxarılmalıdır. Polis onun hansı ölkəyə uçmağı planlaşdırdığını dəqiqləşdirməyib və ələ keçirilən əqrəblərin növünü də açıqlamayıb.