Camal Qaşıqçının qətli işinə Səudiyyə Ərəbistanının məhkəməsində baxılacaq

Digər ölkələr
  • 20 oktyabr, 2018
  • 19:06
Camal Qaşıqçının qətli işinə Səudiyyə Ərəbistanının məhkəməsində baxılacaq

Bakı.20 oktyabr. REPORT.AZ/ Səudiyyəli jurnalist Camal Qaşıqçının qətli işinə SəudiyyəƏrəbistanının məhkəməsində baxılacaq.

"Report"TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın ədliyyə naziri, şeyx Validbin Məhəmməd əs-Samaani bildirib.

Nazirqeyd edib ki, Qaşıqçının öldürülməsi Səudiyyə Ərəbistanının suveren ərazisindəbaş verib. Müvafiq prosedurun başa çatmasından sonra iş baxılması üçün Səudiyyəməhkəməsinə göndəriləcək.

Qeydedək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı BaşKonsulluğunun binasına gəlib və bundan sonra itkin düşüb. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hökuməti yerli jurnalistCamal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsindəöldüyünü təsdiq edib. Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə SəudiyyəƏrəbistanının 18 təbəəsi saxlanılıb.

44 - Tezliklə