Budanov: Ukrayna üzrə danışıqlar sentyabrın sonunda bərpa oluna bilər

Digər ölkələr
  • 04 sentyabr, 2026
  • 17:20
Budanov: Ukrayna üzrə danışıqlar sentyabrın sonunda bərpa oluna bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyasının vasitəçiliyi ilə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar sentyabrın sonunda bərpa oluna bilər.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov "The New York Times"a müsahibəsində bildirib.

"Danışıqlar gec-tez müəyyən nəticəyə gətirib çıxaracaq. Ömür boyu müharibə etmək olmaz", - K.Budanov qeyd edib.

Onun sözlərinə görə, danışıqlar prosesinin Rusiyada parlament seçkilərindən sonra bərpa olunacağı gözlənilir. Trampın xüsusi elçiləri - Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfəri danışıqların yeni raundunun başlanğıcı ola bilər.

Bununla belə, K.Budanovun fikrincə, atəşkəs üçün şərait, çox güman ki 2027-ci ilin yazına qədər yaradılmayacaq.

Qeyd edək ki, "Axios"un mənbələrə istinadən verdiyi məlumata görə, Uitkoff və Kuşner münaqişənin başa çatdırılmasına yönəlik məsələləri müzakirə etmək üçün sentyabrın 5-6-da Moskva və Kiyevə səfər edəcəklər.