Bu gecə Rusiya ordusu Kiyevə 18 ballistik raket buraxıb - FOTOREPORTAJ

Digər ölkələr
  • 10 iyul, 2025
  • 15:39
Bu gecə Rusiya ordusu Kiyevə 18 ballistik raket buraxıb - FOTOREPORTAJ

Rusiya ordusu iyulun 10-u gecədən səhərə qədər Ukrayna paytaxtı Kiyevə kütləvi raket və dron hücumu edib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, paytaxtın Salomonsk, Şevçenka, Obolon və Qolosevskiy rayonlarının sakinləri gecəni zirzəmilərdə və ya yeraltı avtodayanacaqlarda keçiriblər.

Hücum nəticəsində təkcə Kiyevə 18 ballistik raket, 400 hücum dronu buraxılıb. Onların böyük əksəriyyəti Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilsə də, hədəfə çatanlar da olub. Nəticədə zərbələr dağıntılara və tələfatlara səbəb olub, ölən və yaralananların sayı müəyyənləşdirilir.