Brüsseldə tələbələr və polis arasında irimiqyaslı toqquşmalar "Report"un obyektivində

Digər ölkələr
  • 09 oktyabr, 2026
  • 17:22
Brüsseldə tələbələr və polis arasında irimiqyaslı toqquşmalar Reportun obyektivində

Oktyabrın 9-da minlərlə insan yaşayış xərclərinin artmasına və hökumətin büdcə xərclərini azaltmaq planlarına etiraz olaraq Brüssel küçələrinə çıxıb. Polisin hesablamalarına görə, həmkarlar ittifaqının nümayişində 30 minə yaxın etirazçı toplaşıb.

Mərkəzi vağzalın yaxınlığında toqquşmalar baş verib: tələbələr polislərə daş və fişəng atıblar, hüquq-mühafizə orqanlarının əməkdaşları isə buna gözyaşardıcı qaz və su şırnaqları ilə cavab veriblər. Eyni zamanda, polisin açıqlamasına görə, iğtişaş iştirakçılarının dinc şəraitdə keçən əsas yürüşlə əlaqəsi olmayıb.

"Report"un Avropa bürosu Belçika paytaxtının mərkəzindəki hadisə yerindən foto/videoreportaj təqdim edir.

44 - Tezliklə