Britaniyanın yeni Baş naziri Tramp və Zelenski ilə telefon danışıqları aparacaq
- 20 iyul, 2026
- 16:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem bildirib ki, vəzifəsinin icrasına başladıqdan sonra ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışıqları aparmaq niyyətindədir.
"Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə E.Börnhem Britaniya hökumətinin başçısı vəzifəsinin rəsmi şəkildə icrasına başlamazdan əvvəl lentə alınmış videomüraciətində bildirib.
O qeyd edib ki, Zelenski ilə söhbət zamanı Londonun Ukraynaya dəstək məsələsindəki mövqeyinin dəyişməzliyini təsdiq etmək niyyətindədir: "Bu gün daha sonra mən Volodimir Zelenskiyə aydın şəkildə bildirəcəyəm ki, heç bir dəyişiklik yoxdur. Eynilə Kir Starmer (Böyük Britaniyanın sabiq baş naziri - red.) kimi, mən də 100 % onun yanında olacağam".
E.Börnhemin sözlərinə görə, Böyük Britaniyanın Ukraynaya dəstəyi "sarsılmaz və qətiyyətli" olaraq qalır.