Britaniyanın müdafiə naziri hərbi xərclərin artırılmasına çağırıb
Digər ölkələr
- 26 iyul, 2022
- 23:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın müdafiə naziri hərbi xərclərin artırılmasına çağırıb.
"Report" xəbər verir ki, bu barədə Ben Uolles "Sky News" telekanalında deyib.
Nazir bildirib ki, Britaniya hökuməti potensial təhlükəyə qarşı çıxmaq üçün orduya ayrılan vəsaiti artırmalıdır.
Onun məlumatına görə, hazırda ölkənin müdafiə xərcləri ÜDM-in 2,28%-ni təşkil edir.
"Proqnozlara görə, 2026-cı ildə bizim göstəricimiz 2%-dən aşağı olacaq. Biz Avropada birinci yerdən səkkizinci yerə düşəcəyik", - Uolles xəbərdarlıq edib.
Müdafiə naziri qeyd edib ki, Böyük Britaniya və digər Qərb ölkələrinin pilotsuz təyyarələrlə mübarizə və hava məkanını qorumaq üçün daha yaxşı silahlara ehtiyacı var.
Son xəbərlər
22:14
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
Digər ölkələr
22:05
Azərbaycan Basketbol Liqası: "Sabah" "Ordu"nu məğlub edib
Komanda
22:04
Foto
Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib
Xarici siyasət
21:55
"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib
Futbol
21:43
Tahir Tağızadə: Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici mərkəz rolunu gücləndirir
Xarici siyasət
21:38
Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Digər ölkələr
21:26
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Digər ölkələr
21:16
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Xarici siyasət
21:12
Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib
Digər ölkələr