Britaniyanın hərbi bazasına daxil olan Latviya vətəndaşları həbs ediliblər
- 08 oktyabr, 2026
- 20:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyada Kembricşirdəki Kral Hərbi Hava Qüvvələri (HHQ) bazasının ərazisinə qanunsuz daxil olmaq ittihamı ilə 2 Latviya vətəndaşı həbs edilib.
"Report" xəbər verir ki, bu barədə BBC polisə istinadən məlumat yayıb.
Müdafiə Nazirliyinin təhlükəsizlik xidmətinin patrulunun Moulsvort HHQ bazasında tərk edilmiş avtomobil, axtarış zamanı isə bazaya daxil olmuş şəxsləri aşkar etməsindən sonra həyəcan siqnalı verilib. Bundan əlavə, hasarın cüzi zədələndiyi aşkar edilib.
Əvvəlcə onlar qadağan olunmuş əraziyə qanunsuz daxil olmaq və əmlaka ziyan vurmaq şübhəsi ilə həbs edilərək Kembricşirdəki polis bölməsinə aparılıblar. Daha sonra ittihama "Milli təhlükəsizlik haqqında" qanunun 4-cü maddəsi - ölkəyə ziyan vurmaq məqsədilə qadağan olunmuş yerdə qanunsuz olmaq maddəsi əlavə edilib.
Hadisənin halları ilə əlaqədar olaraq, onun araşdırılması ilə polisin terrorizmlə mübarizə idarəsinin əməkdaşları məşğul olurlar.