Britaniyada son gündə koronavirusdan yüzlərlə insan öldü
Digər ölkələr
- 28 mart, 2020
- 15:00
Böyük Britaniyada bir gün ərzində koronavirusa 2 510 yoluxma qeydə alınıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, son sutkada ölkədə 260 nəfər koronavirusun qurbanı olub.
Bildirilir ki, 120 776 nəfərdən analiz götürülüb, onlardan 103 687-nin analizinin nəticələri mənfi, 17 089 koronavirus testinin nəticəsi isə müsbət olub. Ölkədə ümumilikdə 1 019 pasiyent ölüb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, dünyada 512 mindən çox insan koronavirusa yoluxub, 23 mindən çox insan pandemiyanın qurbanı olub.
ÜST martın 11-də COVID-19-u pandemiya elan edib.
Koronavirus ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb.
Son xəbərlər
18:26
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
Digər ölkələr18:24
"Borussiya" Yunanıstan millisinin üzvü Yannis Konstanteliasi heyətinə qatıb
Futbol18:18
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur18:14
"Chevron" Afrikada iri neft və qaz yataqları aşkarlayıb
Digər ölkələr17:49
UKMTO: Somalidə silahlı şəxslər gəmini ələ keçiriblər
Digər ölkələr17:40
Kamçatkada 5,4 maqnitudalı zəlzələ olub
Region17:40
Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 68 % artıb
İKT17:36
"Milan" Dieqo Moreyranı transfer edəcək
Futbol17:34