Britaniyada 16,5 mindən çox insan koronavirusdan öldü

Digər ölkələr
  • 20 aprel, 2020
  • 15:36
Britaniyada 16,5 mindən çox insan koronavirusdan öldü

Böyük Britaniyada son sutkada 449 nəfər koronavirusun qurbanı olub və bununla da ölkədə ölənlərin sayı 16 509-a çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, krallıqda daha 4 676 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 124 743-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 436 000-i ötüb. Bunların 637 407 nəfəri sağalıb, 166 759 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.