Britaniya XİN başçısı: "Ukraynaya dəstəyimiz davam edəcək, Putin uduzmalıdır"

Digər ölkələr
  • 11 mart, 2022
  • 10:27
Britaniya XİN başçısı: Ukraynaya dəstəyimiz davam edəcək, Putin uduzmalıdır
Liz Trass

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Ukraynaya dəstəklərinin davam edəcəklərini bildirib.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Rusiya Prezidenti Vladimir Putin Ukraynada uğursuzluğa düçar olana və Ukraynada suverenlik bərpa olunanadək biz mübarizəyə davam edəcəyik. Putin uduzmalıdır. Əks halda ciddi nəticələr gözlənilir”, - o vurğulayıb.