Britaniya XİN başçısı NATO ilə Rusiya arasında birbaşa qarşıdurmanın riskindən danışıb

Digər ölkələr
  • 22 sentyabr, 2025
  • 21:25
Britaniya XİN başçısı NATO ilə Rusiya arasında birbaşa qarşıdurmanın riskindən danışıb

Rusiyanın qırıcı təyyarələrlə Estoniyanın hava məkanını pozan hərəkətləri NATO ölkələri ilə birbaşa qarşıdurma təhlükəsi yaradır.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

"Onlar səhv riski yaradır, NATO ilə Rusiya arasında birbaşa silahlı qarşıdurmaya qapı açır", - XİN başçısı bildirib.

"NATO hava məkanında icazəsiz fəaliyyət göstərən təyyarələrlə qarşılaşmalı olsaq, qarşıdurmaya gedecəyik", - Kuper vurğulayıb.

Bundan əvvəl Estoniyanın Baş naziri Kristen Mixal bəyan etmişdi ki, Tallin Rusiya qırıcılarının ölkənin hava məkanını pozması ilə bağlı Şimali Atlantika müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq NATO üzvləri ilə məsləhətləşmələr aparılmasını xahiş edib. Buna qədər isə Estoniya hökuməti sentyabrın 19-da səhər saatlarında Rusiyanın üç "MiQ-31" qırıcısının Estoniyanın hava məkanını pozduğunu bildirmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti