Britaniya və Finlandiya sualtı infrastrukturun mühafizəsi üzrə təlimlər keçirir

Digər ölkələr
  • 04 dekabr, 2023
  • 19:06
Britaniya və Finlandiya sualtı infrastrukturun mühafizəsi üzrə təlimlər keçirir

Finlandiya Silahlı Qüvvələri dekbarın 4-5-də Finlandiya, Böyük Britaniya və Estoniya Sərhəd Xidmətləri ilə birlikdə Baltik dənizi regionunda sualtı infrastrukturun mühafizəsi üzrə təlimlər keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, Finlandiya Silahlı Qüvvələrinin press-relizində təlimin məqsədinin sualtı infrastrukturun monitorinqi və sualtı hərbi təhdidlərin dəf edilməsi imkanlarını sınaqdan keçirmək olduğu bildirilib.

“Təlimlər Birgə Ekspedisiya Qüvvələrinin (Joint Expeditionary Force, JEF) noyabrın 28-dəki bəyanatının bir hissəsidir və bu, JEF-nin Baltik dənizi regionunda mövcudluğunu və müşahidəsini genişləndirmək məqsədi daşıyır. Təlimdə Finlandiya Hərbi Dəniz Qüvvələri, Finlandiya Sərhəd Mühafizəsinin Finlandiya Körfəzi Sahil Mühafizəsi Dairəsi, Böyük Britaniya donanması və Estoniya Hərbi Dəniz Qüvvələri iştirak edir”, - məlumatda deyilir.

44 - Tezliklə