Britaniya və ABŞ 2028-ci ilin sonuna qədər Rusiyanın nüvə yanacağından imtina etmək niyyətindədir

Digər ölkələr
  • 18 noyabr, 2025
  • 05:49
Britaniya və ABŞ 2028-ci ilin sonuna qədər Rusiyanın nüvə yanacağından imtina etmək niyyətindədir

Böyük Britaniya və ABŞ 2028-ci ilin sonuna qədər Rusiya nüvə yanacağından imtina etmək istəyir.

"Report"un məlumatına görə, bu barədə sentyabr ayında iki dövlətin liderləri tərəfindən imzalanmış "texnoloji rifah" sazişinə dair qarşılıqlı anlaşma memorandumunda qeyd edilib.

Sənəddə bildirilir ki, mülki nüvə energetikası sahəsində əməkdaşlıq "hər iki ölkədə müasir nüvə yanacağının təhlükəsiz və etibarlı təchizat zəncirinin təmin olunmasını və 2028-ci ilin sonuna qədər Rusiya nüvə yanacağından tam müstəqilliyə nail olunmasını" nəzərdə tutur. Bundan əlavə, London və Vaşinqton süni intellekt və kvant texnologiyaları sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədirlər.

Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp 18 sentyabrda Britaniya hökumət başçısının iqamətgahında texnoloji tərəqqi sazişi imzalayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti