Britaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Digər ölkələr
  • 16 dekabr, 2025
  • 17:11
Britaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Böyük Britaniya "Ramştayn" formatındakı görüş çərçivəsində Ukraynaya hava hücumundan müdafiə sahəsində 685 milyon avro məbləğində böyük hərbi yardım paketi ayırdığını elan edib.

"Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Gili bildirib.

"Kiyev hava hücumundan müdafiə sistemləri, raketlər və pilotsuz uçuş aparatlarını vurmaq üçün avtomatlaşdırılmış turellər əldə edəcək. Böyük Britaniyanın bu il 600 milyon funt sterlinq (təxminən 685 milyon avro - red.) həcmində investisiyaları Ukraynanın şəhərləri, kəndləri və enerji infrastrukturunu Rusiyanın hücumlarından qorumaq üçün kritik əhəmiyyətli daşıyır", - deyə "Ramştayn" formatında Ukraynanın müdafiə məsələləri üzrə kontakt qrupunun 32-ci görüşünün həmsədri olan Con Gili qeyd edib.

London öz tərəfdaşları ilə birlikdə sülhün təmin edilməsi üçün Ukrayna mümkün olan ən güclü mövqeyə gəlsin deyə onun müdafiəsinə həyati əhəmiyyətli dəstək göstərməyə çalışır.

Son xəbərlər

Bütün Xəbər Lenti