Britaniya Ukraynadakı müharibə başa çatandan sonra da Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayacaq

Digər ölkələr
  • 11 dekabr, 2023
  • 12:59
Britaniya Ukraynadakı müharibə başa çatandan sonra da Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayacaq

Böyük Britaniya Ukraynadakı müharibə başa çatandan sonra da Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın biznes və ticarət nazirinin müavini Nüsrət Qani deyib.

O bildirib ki, əsas məqsəd Moskvanın öz hərbi potensialını tez bir zamanda bərpa etməsinin qarşısını almaqdır.

“Sanksiyalar müharibədən sonra da tətbiq olunacaq. Bu məhdudiyyətlər savaş başa çatan gün aradan qaldırılmayacaq”, - nazir müavini vurğulayıb.

44 filmi