Britaniya Rusiya nümayəndələrinə BMT Pensiya Fondunun sessiyasına qatılmaq üçün viza verməyib
- 01 avqust, 2023
- 01:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Britaniya hökuməti Beynəlxalq Dəniz Təşkilatının (IMO) dəvəti ilə iyulun 23-dən 28-dək Londonda keçirilən Birləşmiş Millətlər Təşkilatının Birləşmiş Pensiya Fondunun Şurasının sessiyasında iştirak etmək üçün Rusiyadan gələn nümayəndələrə giriş vizalarının verilməsindən imtina edib.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin teleqram kanalında məlumat verilib.
Rusiyanın Daimi Nümayəndəliyi Böyük Britaniyanın nəinki IMO-nun baş qərargahının yerləşdiyi ölkə kimi beynəlxalq öhdəliklərini pozması, həm də BMT Baş Assambleyasının və FAO Konfransının müvafiq qərarlarına qarşı çıxmasından təəssüfləndiyini bildirib. Rusiya nümayəndəliyi Londonun bu davranışını “məsuliyyətsizlik” adlandırıb.