Britaniya məhkəməsi İraqla bağlı iddia üzrə Toni Bleyerə qarşı iddiaya baxmaqdan imtina edib
- 31 iyul, 2017
- 15:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 iyul. REPORT.AZ/ Britaniya məhkəməsi keçmiş baş nazir Toni Bleyer barəsində 2003-cü ildə İraqa hərbi müdaxilə ilə bağlı irəli sürülmüş iddiaya baxmaqdan imtina edib.
“Report” “The Independent”ə istinadən xəbər verir ki, hakimlər öz qərarlarını iddianın Britaniya məhkəməsində uğur qazanmayacağı ilə əlaqələndiriblər.
Səddam Hüseynin hakimiyyəti dövründə ölkə hərbi qüvvələri Baş Qərargahının rəisi olmuş, İraq ordusunun istefada olan genaralı Abdul Vahid Şannan əl-Ribat Britaniyanın keçmiş baş naziri Toni Bleyeri 2003-cü ildə İraqa qanunsuz ordu yeritməyə, təcavüzə görə məsuliyyətə cəlb olunmasını tələb edib.
Məlumata görə, Abdul Vahid Şannan əl-Ribat 2003-cü ildə ABŞ və Britaniya İraqa hərbi müdaxilə edərkən Neynəva əyalətinin qubernatoru olub. O, hazırda Omanın paytaxtı Məsqəddə yaşayır. O, xarici pasportu olmadığından məhkəmədə ifadə vermək üçün Britaniyaya gedə bilmir.